Bu qızlar çalışdıqları bankı soydular - Dadaşova bacılarının 40 milyonluq fırıldağı - - FOTOLAR
Bizi izləyin

Hadisə

Bu qızlar çalışdıqları bankı soydular - Dadaşova bacılarının 40 milyonluq fırıldağı - - FOTOLAR

Moskvada polis "Sberbank"ın iki qadın əməkdaşını dələduzluqda təqsirləndirərək, yaxalayıb.

Moskvada polis "Sberbank"ın iki qadın əməkdaşını dələduzluqda təqsirləndirərək, yaxalayıb.

Metbuat.az bildirir ki, Məryəm və Tamilla Dadaşova bacıları Moskvanın ən lüks avtomobil satılan salonlarından birində qiyməti 7 milyon rubl olan "Ferrari" markalı avtomobil almaq istəyən zaman polis tərəfindən saxlanılıb. Məlumata görə, sözügedən şəxslər maşın almamışdan bir neçə gün öncə çalışdıqları bankın müştərilərinin (Hüquqi şəxslərlə işləyiblər və onların hesablarına giriş icazələri olub.) hesabından 40 milyon rubl nəğdləşdirməyə nail olublar. Dadaşovaların məqsədi hesabdan 4 milyard rubl mənimsəmək olub.

Məsələ ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən hər iki qız barəsində “xüsusi böyük məbləğdə törədilmiş fırıldaqçılıq” maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm