"Qanlıgöl"ün yanında QƏTL: ər arvadının qanını axıtdı - YENİLƏNDİ - - VİDEO
Bizi izləyin

Hadisə

"Qanlıgöl"ün yanında QƏTL: ər arvadının qanını axıtdı - YENİLƏNDİ - - VİDEO

Bakıda qətl törədilib.

İlkin dindirmələr zamanı saxlanılan şəxs bildirib ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu bildirib və ərinə ''işinlə məşğul ol'' deyib. Həyat yoldaşının etinadsızlığını qəbul edə bilməyən Əkbər Quliyev hiddətlənərək bıçaqla arvadının bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməyə başlayıb.

Onların kirayədə qaldığı evin sahibi deyir ki, Əkbər Quliyevin oğlu ilə gəlini həmin evdə qalırmış. Bir ay əvvəl isə Firuzə Quliyeva oğlunun yanına gələrək onunla yaşayıb. Səbəb isə həyat yoldaşı Əkbərlə rayonda yaşaya bilməməsi olub. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Əkbər Quliyevə qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qətlin təfərrüatları araşdırılır.

12:55

Daxili İşlər Nazirliyi Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, martın 23-də Yasamal rayonunun "Qanlı göl" adlanan ərazisində Ağdaş rayon sakini Əkbər Quliyev münaqişə zəminində arvadı Firuzəni bıçaqla qətlə yetirib.

Ə.Quliyev könüllü Yasamal RPİ-yə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.

10:42

Bakıda qətl törədilib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə "Qanlıgöl" ətrafındakı evlərdən birində qeydə alınıb.

Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib.

Hadisəni törədən Ə.Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm