“N brothers”in üzvünün atası anasını öldürdü (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

“N brothers”in üzvünün atası anasını öldürdü (YENİLƏNDİ)

Kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirdi

Qətli törədən Hüseynov Qurban İsmayıl oğlu “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

***

Abşeron rayonunda kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirib.

Hadisə rayonun Xırdalan şəhərində baş verib.

Belə ki, Heydər Əliyev küçəsində yerləşən evlərdən birində Abşeron sakini (hələlik adı açıqlanmır) 1964-cü il təvəllüdlü həyat yoldaşı Hüseynova Faraiz Zakir qızının başına küt alətlə vurmaqla onu qətlə yetirib. Həmin şəxs daha sonra F.Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Anur-Təbrizi Rahilə Əsgər qızının başına küt alətlə vurmaqla onu da öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Anur-Təbrizinin valideynləri vəfat etdiyindən o, xalası F.Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıb./Report/.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm