Bakıda dəhşətli qəza: ağır yaralananlar var - Foto
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli qəza: ağır yaralananlar var - Foto

Bu gün saat 17:50 radələrində Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi qarşısındakı Astara-Bakı istiqamətindəki magistral yolda dəhşətli qəza hadisəsi baş verib.

"Ford" markalı sərnişin daşıyan avtomobil ilə "Mersedes-Benz" minik avtomobili təktərəfli yolda toqquşub.

Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım nümayəndələri hər iki avtomobildə ağır yaralanan sərnişinləri çıxararaq xəstəxanalara yola salıblar. Toqquşma nəticəsində aşan mikroavtobusdakı sərnişinlər daha ağır yaralanıb.

Oxucuların verdiyi məlumata görə, hadisə Mersedes Benz markalı maşının təhlükəli ötmə əməliyyatı nəticəsində baş verib. Maşının sürücüsü qadın olub /Musavat.com/.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm