Yanğınsöndürən iti süni nəfəslə xilas etdi
Bizi izləyin

Hadisə

Yanğınsöndürən iti süni nəfəslə xilas etdi

ABŞ-ın Kaliforniya ştatında yanğınsöndürən yanan evdən xilas etdiyi iti həyata qaytarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Endryu Klein adlı yanğınsöndürən itə süni tənəffüs verib.

Hər kəsin öldü zənn etdiyi itə əvvəl süni nəfəs verdi sonra oksigen maskası taxıb. Nali adlı 10 yaşındakı it 20 dəqiqə sonra gözlərini açıb. Şüuru yerinə gələn it yeriməyə başlayıb. Bir gün oksigen çadırında saxlanılan it tamamilə yaxşılaşıb.

Bənzəri hadisə keçən il Ruminiyanın Pitesti şəhərində baş verib.

Yanğınsöndürən dəm qazından zəhərlənən bir iti süni tənəffüs və ürək masajı ilə həyata qaytarmışdı.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm