Şirkət rəhbəri yol qəzasında öldü
Bizi izləyin

Hadisə

Şirkət rəhbəri yol qəzasında öldü

Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Dünən axşam saatlarında "Akademi Group" şirkətinin rəhbəri Razi Vəliyevi avtomobil vurub.

Razi Vəliyevin yaxınlarının modern.az-a verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında Bakı şəhəri 20 yanvar yaxınlığında baş verib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Razi Vəliyev xaricə tələbə göndərən "Akademi Group" şirkətinin rəhbəri idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm