Evinə basqın edilən məşhur həkim dünyasını dəyişdi
Bizi izləyin

Hadisə

Evinə basqın edilən məşhur həkim dünyasını dəyişdi

Mərhum kənd qəbristanlığında dəfn olunacaq.

Ötən həftə Lənkəran rayonunun Xolmili kəndində gecə saatlarında evə edilən basqın nəticəsində ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi Vahab Səfərov bu gün vəfat edib.

Mərhumun yaxınlarının "Report"a verdiyi məlumata görə, bir neçə gün öncə paytaxt klinikalarının birində müalicə alan həkimə həmkarlarının etdiyi müalicə səmərəsiz olub. Günorta saatlarında dünyasını dəyişən həkimin cənazəsi bu saatlarda yaşadığı evə gətirilib.

Mərhum kənd qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu şəxs və ya şəxslər tərəfindən basqına məruz qalıb və küt alətlə başına zərbələr endirilib. Yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında, sonradan isə paytaxtdakı klinikalardan birində edilən müalicələrə baxmayaraq həkimin həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Faktla bağlı Lənkəran şəhər Polis şöbəsində araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm