Masallıda iki maşın toqquşdu - Ölən və yaralanan var
Bizi izləyin

Hadisə

Masallıda iki maşın toqquşdu - Ölən və yaralanan var

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını toqquşub.

Nəticədə "VAZ"-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm