Ucarda minik avtomobili yandı
Bizi izləyin

Hadisə

Ucarda minik avtomobili yandı

Avtomobilin mühərrik və ban hissəsi yanıb.

Ucarda "VAZ" markalı minik avtomobili yanıb.

APA-nın xəbərinə görə, hadisə bu gün axsam saatlarında rayonun Qarabörk kəndində baş verib.

1976-cı il təvəllüdlü Kamaləddin Şəmsəddin oğlu Yusifova məxsus " VAZ-2106" markalı maşın qəflətən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı avtomobilin mühərrik və ban hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində minik avtomobilinin qalan hissəsi və yaxınlıqdaki tikililər mühafizə olunub. Fakt araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm