Goranboy Polis Şöbəsində İNANILMAZ FACİƏ: izahat verən şəxs... - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Goranboy Polis Şöbəsində İNANILMAZ FACİƏ: izahat verən şəxs... - YENİLƏNDİ

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Apa-ya bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, rayon sakini 1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.

Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə R.Qarayev ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm