Quba-Qusar yolunda AĞIR QƏZA: ölənlər və yaralananlar var - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Quba-Qusar yolunda AĞIR QƏZA: ölənlər və yaralananlar var - FOTO (YENİLƏNDİ)

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün günorta saatlarında Quba-Qusar yolunda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi müəyyənləşib.

Publika.az apa-ya istinadən bildirir ki, ölən şəxslər 1983-cü il təvəllüdlü Şahmirzəyev Ruslan Mirzəbala oğlu və Novruz Vahidlidir.

Qəza nəticəsində daha 5 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, 2 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

15:45

Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın Apa-ya istinadən verdiyixəbərə görə, hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.

40 BN 070 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir.

İlkin məlumata görə, onların hər ikisi “VAZ 2107”-də olan şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm