Sürücü ilə yol polisi arasında NÖVBƏTİ QALMAQAL: "Sən kimsən ki..." - - VİDEO
Bizi izləyin

Hadisə

Sürücü ilə yol polisi arasında NÖVBƏTİ QALMAQAL: "Sən kimsən ki..." - - VİDEO

"Siz kimsiz mənə əmr verirsiz?"

Bakıda sürücü ilə yol polisi arasında növbəti qalmaqal baş verib.

Publika.az xəbər verir ki, polis yol hərəkəti qaydalarını pozduğunu iddia etdiyi sürücünü saxlayıb. Lakin polis əməkdaşı sürücüyə qayda pozuntusu faktını sübut edə bilməyib. Özünü sürücüyə təqdim edən polis əməkdaşı ona Hüseyn Cavid prospektində nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozduğunu bildirib. Sürücü isə yol polisindən qayda pozuntusunu izah etməyi tələb edib. Daha sonra sürücü belə bir qayda pozuntusuna yol vermədiyini, hadisənin görüntülərinin ona göstəriləməsini inadla yol polisi əməkdaşından tələb edib. Sürücü yol polisi əməkdaşının ona qayda pozuntusu faktını düzgün izah etmədiyini bildirib. Ondan avtomobili tərk etməməsini tələb edən polisə etiraz edən sürücü "əmlak mənimdir, özüm bilərəm" dedikdə yol polisi ona belə cavab verib: "Post Patrul Xidmətinin əməkdaşları çağırılıb. Səsiniz yazılır. Xahiş edirəm, maşından düşməyin. Sənəd təqdim etmədiyiniz üçün şəxsiyyətiniz və hərəkətləriniz şübhə doğurur. Əllərinizi sükana qoyub gözləyin". (baku.ws)

Yol polisinin bu cür davranışı tam əsaslıdır və qanunidir. Düzdür, bəzi maddələri qarışıq deyir, lakin bu görüntülərdə DYP inspektoru Azər Musayev formal olaraq tam qanuni davranır, tələbləri də normaldır. O, sürücünün "sən" deyə müraciətlərinə rəğmən ona "siz" deyə müraciət edir və sadəcə sənədləri tələb edir. Sürücü isə bu tələblər qarşısında özünü itirdiyi və səhv etdiyini anladığı üçün videonun ardını yaymayıb. Bu görüntülərdə sürücünün kimliyi bəlli olmasa da, o, yol polisinə həqiqətən də tabe olmur. Hətta ona "sən kimsən" deyə irad da tutur. Amerikada polisə "sən kimsən" desən, tapançanı adamın alnına dirəyib diz çökdürər və dərhal həbs edər... (avtosfer.az)

Qeyd edək ki, həmin sürücünü saxlayan DYP əməkdaşı Azər Musayev 99 YP 459 nömrəli patrul avtomobilində xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm