Salyan sakini 5 kiloqram narkotiklə tutuldu
Bizi izləyin

Hadisə

Salyan sakini 5 kiloqram narkotiklə tutuldu

5 kq-a yaxın tiryək və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Salyan rayonunda yerli sakin narkotik maddə ilə saxlanılıb.

Publika.az xəbər verir ki, Salyan rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçala kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun evindən satış məqsədi ilə saxlanılan 5 kq-a yaxın tiryək və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hazırda əməliyyatçılar saxlanılan şəxsin evində istintaq-axtarış tədbirləri həyata keçirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm