İsmayıllıda yanğın
Bizi izləyin

Hadisə

İsmayıllıda yanğın

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı rayonunun Aşağıbaş kəndində qeydə alınıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Ağayev Təvəkkül Məmmədağa oğluna məxsus ümumi sahəsi 85 kvadratmetr olan mal-qara tövləsi naməlum səbəbdən yanıb.

Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı tövlə və onun çardağındakı çəkisi 4 ton olan 200 ədəd ot bağlaması yanaraq tələf olub. Hadisə zamanı yanan tövləyə yaxın məsafədə yerləşən qonşunun fərdi yaşayış evinə alovun keçmək təhlükəsi olsa da, mənzil yanğından mühafizə edilib. Evdə yaşayış olmadığından hələlik yanğının səbəbləri məlum deyil.

Təvəkkül Ağayev APA-ya bildirib ki, həmin həyətdə yaşayış olmadığı üçün tövlədən istifadə edilmir, orada elektrik xətti də yoxdur. Onun iddiasına görə tövləsi naməlum şəxs tərəfindən qəsdən yandırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm