Tovuzda toyuq oğrusu tutuldu
Bizi izləyin

Hadisə

Tovuzda toyuq oğrusu tutuldu

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tovuz rayonunda ev quşu oğurluğu ilə məşğul olan 21 yaşlı gənc saxlanılıb.

Publika.az xəbər verir ki, rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əlimərdanlı kənd sakini İsmayıl Verdiyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Dindirilmə zamanı məlum olub ki, İ.Verdiyev müxtəlif vaxtlarda yaşadığı kənddə bir neçə sakinin hinindən ev quşları oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm