Lənkəranda avtomobil sərxoş piyadanı vurdu - - FOTO
Bizi izləyin

Hadisə

Lənkəranda avtomobil sərxoş piyadanı vurdu - - FOTO

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin "Şəhidlər Xiyabanı" küçəsindəki şadlıq sarayının qarşısında baş verib.

Belə ki, "ZAZ Tavriya" markalı, "42 BS 912" dövlət qeydiyyat nişanlı avtomobil şəxsiyyəti hələlik məlum olmayan piyadanı vurub. Avtomobili idarə edən Qafarov Namiq Raqif oğlu yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Müayinələr zamanı yaralıya alt çənə sümüyünün sınığı, dilin parçalanması və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır qiymətləndirilən yaralının həddindən artıq alkoqol içki qəbul etdiyi bildirilir. Sürücünün sözlərinə görə, piyada gözlənilmədən səkidən avtomobilin hərəkət etdiyi yola çıxıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm