Bankdan 40 milyon çıxarıb "Ferrari" almaq istəyən Dadaşova bacıları saxlanıldı - - FOTOLAR
Bizi izləyin

Hadisə

Bankdan 40 milyon çıxarıb "Ferrari" almaq istəyən Dadaşova bacıları saxlanıldı - - FOTOLAR

"Sberbank”ın iki gənc əməkdaşı irimiqyaslı dələduzluq əməli törədərək bankdan 40 milyon rubl oğurlayıblar.

Moskvada "Sberbank”ın iki gənc əməkdaşı irimiqyaslı dələduzluq əməli törədərək bankdan 40 milyon rublu (təqribən 800 min dollar) oğurlayıblar. Lakin həmin pulların bir hissəsinə "Ferrari” almaq istəyərkən yaxalanıblar.

Bankın kiçik biznesə xidmət edən sektorunda müştəri menecerləri işləyən əməkdaşları-26 yaşlı Məryəm Dadaşova və onun bacısı, 22 yaşlı Tamilla Dadaşova bir neçə gün ərzində bankdan 40 milyon rublu birgünlük firmaların hesablarına köçürüblər, daha sonra həmin hesablardan pulları nəğdləşdiriblər. Qızlar ələ keçirdikləri pullar hesabına elə ertəsi gün Moskvadakı "Ferrari” avtosalonuna yollanıblar və oradan özlərinə 7 milyon rubl qiymətində "Ferrari” seçərkən əməliyyatçılar tərəfindən yaxalanıblar.

Bildirilir ki, Dadaşova bacıları həmin yolla cəmi 4 milyard rubl ələ keçirməyi planlaşdırmışdılar. Faktla bağlı cinayət işi qaldırılıb, ancaq bacılar həbs olunmayıb. Onların barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. İşlə bağlı "Sberbank”ın əməkdaşları və qızların pulları hesablarına köçürdükləri firmaların direktoru da dindirilib. Fərasətli Dadaşova bacılarının azərbaycanlı olduqları bildirilir.

"Kommersant” yazır ki, Məryəm "Ferrari” almağı çoxdan xəyal edirmiş və ötən il Birləşmiş Ərəb Əmirliklərində olarkən "Ferrari” muzeyində həmin maşınla foto da çəkdiribmiş. Qız şəkli İnstagramda yerləşdirərək "Bunu mənə bağışlayın” yazıb. Məlum olub ki, Məryəm Dadaşova bankın Bolşoy Andreyevsk küçəsi, 6 ünvanında yerləşən filialında, bacısı isə Lyusinovsk küçəsindəki filialda eyni vəzifələrdə işləyib.

Məryəm Dadaşova Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur, "Sberbank”da işə hələ diplom almazdan bir il əvvəl keçib. Bacısı Tamilla başqa ali məktəbi bitirib və bankda işə düzəlib. Bankda onlar ən yaxşı işçilərdən hesab ediblər.

Dadaşova bacıları sosial şəbəkələrdə də fəal olublar və tez-tez özlərnin qlamur həyat tərzini əks etdirən fotoları yayıblar. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm