Bakıda DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI bəlli oldu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI bəlli oldu (YENİLƏNDİ)

Cütlük iki ay əvvəl boşanıbmış.

Martın 29-da gecə saatlarında 22 yaşlı Aysel Cəlilovanın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, qətlə yetirilən 1995-ci il təvəllüdlü A.Cəlilova iki ay əvvəl aralarında yaranmış münaqişə nəticəsində həyat yoldaşı, 1994-cü il təvəllüdlü İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Binəqədi rayonunun Biləcəri qəsəbəsində atasının evində yaşayırmış.

Son bir ayda İ.Cəlilov ayrıldığı həyat yoldaşını izləyib. O, həyat yoldaşı ilə yenidən ailəsini bərpa etmək qərarına gəlib.

Martın 29-da axşam saatlarında İ.Cəlilov qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İ.Cəlilovu evə buraxıblar.

Axşam saat 23 radələrində İ.Cəlilovun yanında olarkən A.Cəlilovanın mobil telefonuna zəng gəlib. İ.Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə A.Cəlilova ona dəqiq söz deməyib.

Bundan əsəbiləşən ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb və qapını arxadan bağlayaraq mətbəxdən götürdüyü bıçaqla onun boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı qızın atası və qardaşı evdə olsa da, onlar hadisədən xəbərsiz olublar.

Həyat yoldaşını qətlə yetirən İ.Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gələrək təslim olub.

Məlumata görə, ər və arvadın hər ikisi əslən Şamaxı rayonunun Qurbançı kəndindəndir.

***

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Bakı şəhər sakini Cəlilov İsrail İsmayıl oğlu Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra İ. Cəlilov A.Cəlilovanı həmin evin vanna otağına gətirərək orada bıçaqla boğazını kəsərək öldürüb. Hadisəni törədən İ. Cəlilov qaçıb.

Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm