Hadisə
2 qonşusunu öldürən azərbaycanlı məşhur həbsxanada evləndi - - VİDEO
Həbsxana həyatı yaşayan Sergey Strilayevin sevgi hekayəsi hər kəsin diqqətini çəkib.
Ömürlük həbs cəzasına məhkum edilən gənc həbsxanada ailə həyatı qurub.
ARB TV-də yayımlanan "Rezonans" verilişi artıq bir övlad sahibi olan cütlüyün həyat hekayəsindən bəhs edib. Sergey Strilayev bildirib ki, xanımı onun ömürlük həbsdə qalcağını bilə-bilə ona ərə gəlib.
Bir övladlarının olduğunu söyləyən Sergey Strilayev onu üzünü 3
aydan bir gördüyünü çox darıxdığını bildirib.
Qeyd edək ki, Sergey Strilayev həbsxanada yeni yazdığı kitabın
təqdimatını da edib.
Məlumat üçün bildirək ki, o, iki qonşusunun qətlində
günahlandırılaraq, ömürlük həbs cəzasına məhkum edilib. Bu hadisə
1997-ci ildə baş verib. O vaxtdan Strelyayev gücünü qələminə verib.
Ötən 20 il ərzində 5 şeirlər külliyyatı, həmmüəllifliyi ilə qəzet,
jurnal və internet saytlarında onlarla seçilmiş əsəri dərc olunur.
Şeirləri təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da
müsbət əks-səda doğurub.
2006-cı ildə Strelyayevin "Qışqıran ürən” adlı ilk, 2007-ci ildə
"Tale yamacında” adlı növbəti kitabı çap olunub. Onun yaradıcılığı
Yazıçılar Birliyi tərəfindən gənc və istedadlı şairin dünyaya
gəlişi kimi qeyd edilib. 2008-ci il mayın 16-da Qobustanda iki
kitabın təqdimatı keçirilib. Tədbirdən yerli telekanallarla yanaşı,
"Yeni Azərbaycan” və "Xalq qəzeti” də yazır, "Literaturnıy
Azerbaydjan” jurnalında onun şeirləri dərc olunub.
Strelyayevin əsərlərinin Rusiya, Ukrayna, Moldova, Polşa, Almaniya
və İsraildə böyük tələbata malik olduğu bildirilir. Yazıçılar
Birliyinin üzvləri isə onun şeirlərinin Sergey Yeseninin
poeziyasını xatırlatdığını bildirirlər.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB