Gəncədə ali məktəbdə kütləvi dava: tələbə bıçaqlandı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Gəncədə ali məktəbdə kütləvi dava: tələbə bıçaqlandı - YENİLƏNDİ

Gəncə şəhərində tələbə bıçaqlanıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev Publika.az-a açıqlamasında bildirdi ki, bu gün saat 17 radələrində Azərbaycan Texnologiya Universitetinin bir tələbəsi xəstəxanaya yerləşdirilib:

“Xəstəxanaya yerləşdirilən şəxs 1997-ci il təvəllüdlü Valeh Şirəlizadədir. O mədə yaralanması ilə xəstəxanamıza daxil olub. Xəstəxanaya maşınla gətirilib. Həmin anda huşu özündə olub, ad soyadı, necə xəsarət alması barədə məlumat verib. Dediyinə görə, yıxılıb və mədəsinə dəmir batıb. Xəstəxanaya ondan başqa yaralı yerləşdirilməyib. Hazırda Valeh Şirəlizadə əməliyyatdadır, vəziyyəti ağır dəyərləndirilir”.

Gülxar

***

Gəncə şəhərində tələbə bıçaqlanıb.

Publika.az "Report"a istinadən bildirir ki, Azərbaycan Texnologiya Universitetinin tələbəsi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

"Report"un əldə etdiyi məlumata görə, Universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.

Tələbənin hanısı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm