Ölümə gedən sürücü kameraya düşdü – Maşın yerində fırlandı - - VİDEO
Bizi izləyin

Hadisə

Ölümə gedən sürücü kameraya düşdü – Maşın yerində fırlandı - - VİDEO

Avtomobildə 5 nəfər olub və qorxulu anlar yaşayıblar.

Sürücü Kənan Kərimli idarə etdiyi avtomobilə ağır qəzadan qurtulub. O, bunu əks etdirən videonu avtosfer.az-a göndərib.

Videodan aydın görünür ki, aprelin 17-də, saat 13.54 radələrində qarşılıqlı hərəkət olan yolda üç avtomobil təhlükəli vəziyyət yaradaraq ötmə əməliyyatı aparır. Onlardan ikisi “Mercedes”, biri isə “VAZ-2107” markalı avtomobildir.

Yaxınlaşmaqda olan avtomobilin yoluna çıxan və yüksək sürətlə hərəkət edən “Mercedes”lər toqquşmadan yayınmaq üçün sağa çəkilə bilir. “07”nin sürücüsü isə qəfil tormoz verir və avtomobilin sol tərəfi “qaçır”.

Bu zaman qarşıdan gələn Kənan Kərimlinin idarə etdiyi avtomobillə toqquşma təhlükəsi yaranır. K.Kərimli maşını tam olaraq sağa çəkərək yol çiyninə çıxardır və qəzadan yayına bilir. Avtomobil yerində fırlanaraq üzü əks istiqamətə dayanır. Ona qəza şəraiti yaradan sürücü isə maşını saxlayaraq Kənan Kərimlinin maşınına yaxınlaşıb “görmədim” deməklə özünə haqq qazandırmağa çalışır.

Kənan Kərimli bildirir ki, həmin avtomobildə 5 nəfər olub və qorxulu anlar yaşayıblar.

Ümid edirik ki, Dövlət Yol Polisi həmin sürücüləri aşkar edərək cəzalandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm