72 yaşlı kişi evində diri-diri yandı
Bizi izləyin

Hadisə

72 yaşlı kişi evində diri-diri yandı

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bu gün Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm