FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı

Qəza ilə bağlı məlumat

Fövqəladə Hallar Nazirliyi ötən axşam Lənkəran rayonunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Lənkəran rayonu, Velədi kəndi ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri ilə “Howo” markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:55-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm