Bakıda mənzildən meyit tapıldı
Bizi izləyin

Hadisə

Bakıda mənzildən meyit tapıldı

72 yaşlı kişi meyiti tapılıb.

Paytaxtın Xətai rayonunda mənzildə 72 yaşlı kişi meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1945-ci il təvəllüdlü Mirheydər Ağarəsul oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16:31-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm