Cocuq Mərcanlıda 1238 qəlpə və 2 mərmi aşkarlandı
Bizi izləyin

Hadisə

Cocuq Mərcanlıda 1238 qəlpə və 2 mərmi aşkarlandı

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1238 qəlpə, 2 ədəd 23 millimetrlik “OFZT” zenit top mərmisi aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb, 47 min 52 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Publika.az-a bildiriblər ki, 70 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz üç partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 414 min 530 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 28-dək 5139 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 12 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 473 min 734 kvadratmetr ərazi yoxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm