Ağsuda traktorçu iş başında dünyasını dəyişdi
Bizi izləyin

Hadisə

Ağsuda traktorçu iş başında dünyasını dəyişdi

Faktla bağlı araşdırma aparılır.

Ağsu rayonunda traktorçu iş başında ölüb.

Publika.az xəbər verir ki, rayonun Üçüncü məhəllə sakini, 1962-ci il təvəllüdlü Ağaverdi Allahverdiyev ona məxsus olan "T-40" markalı qoşqulu traktoru ilə Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib.

Yaxınlıqda olan sakinlər əraziyə təcili yardım çağırıblar. Meyit Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.

İlkin araşdırmalar zamanı onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm