Goranboyda kafedə dava düşdü
Bizi izləyin

Hadisə

Goranboyda kafedə dava düşdü

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Goranboyda kütləvi dava olub, xəsarət alan var.

Publika.az xəbər verir ki, rayon sakini 1983-cü il təvəllüdlü Ramin Ağayev müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, R. Ağayev rayon mərkəzində olan kafelərin birində kütləvi dava zamanı döyülüb. Onun sərxoş olduğu deyilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm