Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapıldı
Bizi izləyin

Hadisə

Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapıldı

Gün ərzində ümumilikdə 45 830  kv.m ərazi yoxlanılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 291 ədəd qəlpə, 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) və 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi) aşkar edərək zərərsizləşdirmək üçün götürüb.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 45 830 kv.m ərazi (2 720 kv.m əl ilə, 12 200 kv.m mexaniki üsulla və 30 910 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm