"Avtoşluq" etmək istədi, qəza törətdi
Bizi izləyin

Hadisə

"Avtoşluq" etmək istədi, qəza törətdi

Sürücü avtomobil ilə asfaltı "yazmaq" istəyirmiş.

Axşam saatlarında Qazax rayonunun Canallı kəndində avtoxuliqanlıq edən şəxs qəza törədib.

Publika.az xəbər verir ki, "VAZ-21015" markalı avtomobillə "avtoşluq" etmək istəyən kənd sakini idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralı ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Hadisə şahidlərinin dediyinə görə, sürücü avtomobil ilə asfaltı "yazmaq" istəyirmiş.

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm