Gəlinin qohumu toya gələn qonağı bıçaqladı - ZƏRDABDA
Bizi izləyin

Hadisə

Gəlinin qohumu toya gələn qonağı bıçaqladı - ZƏRDABDA

Cinayəti törədən qaçıb.

Bakı şəhər sakini Zərdabda bıçaqlanıb.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bıçaqçı kəndində keçirilən toy məclisində baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zamiq Sərdar oğlu Salikov boğaz və qarın nahiyyələrindən aldığı bıçaq xəsarətləri ilə Zərdab Rayon Mərkəzi xəstəxanasına, oradan isə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, cinayəti törədərək hadisə yerindən qaçan şəxs gəlinin yaxın qohumu, Ağdaş rayon sakinidir. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm