Goranboyda yol qəzası - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Goranboyda yol qəzası - Xəsarət alan var

Sürücü idarəetməni itirib.

Goranboy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, qəza Goran stansiyasına gedən yolda qeydə alınıb.

Qəza 1963-cü il təvəllüdlü Mobil İsgəndərovun "VAZ-2199" markalı avtomobilin sükanı arxasında hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılması nəticəsində baş verib.

Ağır bədən xəsarətləri alan sürücü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən M.İsgəndərovun vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm