Şamaxı və Qobustanda SEL FƏLAKƏTİ: mərkəzlə əlaqə kəsildi, evlər su altında
Bizi izləyin

Hadisə

Şamaxı və Qobustanda SEL FƏLAKƏTİ: mərkəzlə əlaqə kəsildi, evlər su altında

Kəndlərin rayon mərkəzi ilə əlaqəsinin kəsildiyi bildirilir.

Son günlər yağan aramsız yağışlar Pirsaat çayında daşqına səbəb olub. Çayda baş verən daşqın Şamaxı və Qobustan rayonlarının kəndlərində ciddi fəsadlara səbəb olub. Sel suları yol infrasturukturuna, təsərrüfat sahələrinə ciddi zərər vurub. Bəzi kəndlərin rayon mərkəzi ilə əlaqəsinin kəsildiyi bildirilir.

Daşqın və sel Şamaxı rayonunun daha çox dağ kəndlərinə təsir edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şamaxı rayon İcra hakimiyyətindən ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Elnar Kərimov Publika.az-a bildirib ki, daşqın səbəbindən bir sıra kənd yollarında hərəkət məhdudlaşmışdı. Onun sözlərinə görə, hazırda problem aradan qaldırılması üçün iş aparılır: “Ərçiman kəndində yol infrasturukturu tam bərpa edilib. Qaleybuğurd kəndində də işlər yekunlaşıb, qaz, elektrik xətlərindəki problem aradan qaldırılıb. Keşmədi kəndində yol təsərrüfatına dəyən ziyanın aradan qaldırılması üçün iş aparılır. Sel fərdi təsərrüfatlara ziyan vursa da, böyük təsərrüfat sahələrində problem yaranmayıb”.

Qobustan İcra hakimiyyəti Başçının müavini, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov isə bildirib ki, çayda daşqın Poladlı kəndindən keçən körpünün bir hissəsi dağıtmışdı: “Hadisə nəticəsində bir evin qaz xətti sıradan çıxmış, elektrik xəttində qırılma olmuşdu. 7 evə isə sel suları dolmuşdu. Artıq su tam çəkilib. Hazırda rayon Fövqəladə Hallar Komissiyası ziyan dəymiş evlərə baxış keçirir. İri mal-qara tələf olmasa da, ev quşları tələf olub. Əkin sahələrinə ziyan dəyməsə də, nar bağları lilli su ilə dolub. Qəzalı vəziyyətdə olan körpünün dayağı da möhkəmləndirilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm