Təbii fəlakət Daşkəsəni bu hala saldı - FOTOLAR
Bizi izləyin

Hadisə

Təbii fəlakət Daşkəsəni bu hala saldı - FOTOLAR

Daşkəsən rayonu ərazisində bu gün saat 13-30 radələrində baş vermiş təbii fəlakət, güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.

İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüqar Məmmədov Publika.az-a bildirib ki, şəhərin İ.Qayıbov küçəsi 30 və 30a, 5 mərtəbəli, S.Vurğun küçəsi 24a, 2 mərtəbəli yaşayış binalarının dam örtüyünə ziyan dəyib.

“Külək İ.Qayıbov küçəsi 30a, 5 mərtəbəli yaşayış binasının dam örtüyü güclü külək səbəbindən tamamilə sıradan çıxıb, taxta konstruksiyalarla birlikdə binanın üstündən atıb.10-dan artıq elektrik dayağı, 300 paqon metrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqon metrdən artıq rabitə kabeli sıradan çıxıb.Bəzi kəndlərdə isə elektrik dirəkləri aşıb, lakin ciddi problemlər müşahidə edilməyib.

Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Hazırda “Azərişıq”, “Azəriqaz” və telekommunikasiya qovşaqları əməkdaşları problemlərin aradan qaldırılması üçün işləyir. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür”.

V.Məmmədov bildirib ki, hadisə baş vermiş ərazilərdə polis və təcili yardım növbədədir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm