Hadisə
FHN polkovniki Bakıdakı yanğının detallarını açıqladı (YENİLƏNDİ)
Yanğın barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat saat 16:53 radələrində daxil olub. İlkin yanğın avtomobili 6 dəqiqə sonra hadisə yerinə çatıb və binanın 4-cü mərtəbəsində mənzilin alov içərisində olduğu haqqında məlumat verib".
Publika.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
Onun sözlərinə görə, dərhal hadisə yerinə texnika və şəxsi heyət göndərilib, təxminən 30 dəqiqə sonra yanğın məhdudlaşdırılıb, 15 dəqiqə sonra tam söndürülüb.
"Yanğının sondürülməsi zamanı mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. Kəşfiyyat zamanı mənzildə iki qardaş - 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşlı Çeykullayev Anatoli Petroviçin meyitləri aşkar olunub. Qonşuların sözlərinə görə, qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib", - deyə polkovnik bildirib.
FHN rəsmisi qeyd edib ki, yanğın nəticəsində 1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yanıb: "Qonşuların dediyinə görə, əvvəlcə mənzildə partlayış baş verib, mənzilin pəncərəsi qırılıb, partlayışdan sonra yanğın baş verib. Hazırda hadisə yerində tədqiqatçılar araşdırma aparır, əlavə məlumat veriləcək. Hadisənin hansı səbəbdən baş verməsi dəqiq müəyyənləşəcək".
Mənzildə olan şəxslərin tüstüdən zəhərlənməsi və ya yanaraq ölməsinə gəlincə isə, R. Xudiyev bunun ekspertiza nəticəsində müəyyən olunacağını deyib.
***
Bakıda yaşayış binasında yanğında ölən qardaşların şəxsiyyəti müəyyənləşib. APA-nın xəbərinə görə, yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.
****
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən Publika.az-a verilən məlumatda bildirilib ki, hadisə nəticəsində 1 otaqlı mənzilin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 2 nəfərin yanmış meyiti aşkar olunub, 2 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.
****
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib:
“Binanın aşağı mərtəbələrinin sakinləri özləri binanı tərk edib, yuxarı bina sakinləri isə Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən təxliyyə edilib. Qısa zamanda tədbirlər görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb və yanğının digər yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb. Hazırda yanğın söndürüb”
APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğında iki qardaş ölüb.Onların kimliyi dəqiqləşdirilir. Araşdırma aparılır.
****
Bakıda yaşayış binası yanır.
Hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. (apa)
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama