Gömrükdə 4 min ədəd siqaret aşkarlandı - - FOTO
Bizi izləyin

Hadisə

Gömrükdə 4 min ədəd siqaret aşkarlandı - - FOTO

Faktla bağlı araşdırma aparılır.

Gürcüstandan gələn Azərbaycan vətəndaşında külli miqdarda siqaret aşkarlanıb.

Publika.az xəbər verir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn "Vaz-2106" markalı avtomobilin sərnişini-Azərbaycan vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildən həmin şəxsə məxsus olan, gömrük nəzarətinə düzgün bəyan edilməyən və üzərində aksiz markası olmayan 1200 ədəd "Pirveli" və 1600 ədəd "Marlboro", həmin şəxsin üzərindən isə 1200 ədəd"Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm