DGK İsrail vətəndaşı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi - - VİDEO
Bizi izləyin

Hadisə

DGK İsrail vətəndaşı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi - - VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarşı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatların yayılmasına münasibət bildirib.

DGK Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, sözügedən məlumatlar həqiqətə uyğun deyil.

Məlumatda deyilir ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu aşağıdakı videoçəkilişdən də aydın görmək olar.

Faktla bağlı ətraflı məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm