Bakıda toydan çıxan kişi döyüldü
Bizi izləyin

Hadisə

Bakıda toydan çıxan kişi döyüldü

Restorandan çıxarkən tanımadığı şəxslər...

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, toya gedən 1980-ci il təvəllüdlü Quliyev Rauf Qurban oğlu restorandan çıxarkən tanımadığı şəxslərlə əlbəyaxa olub. Nəticədə o, döyülərək ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

R.Quliyev polisə verdiyi ifadədə dörd nəfər tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm