Mingəçevir su anbarında batan şəxsin cəsədi tapıldı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Mingəçevir su anbarında batan şəxsin cəsədi tapıldı (YENİLƏNDİ)

Yevlax rayonunun Xanabad kəndində su anbarında çimərkən batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, əməliyyat saat 18:48-də başa çatıb.

***

Mingəçevir su anbarında bir nəfər batıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm