Azərbaycan vətəndaşları Rusiyada ağır qəzaya düşdü
Bizi izləyin

Hadisə

Azərbaycan vətəndaşları Rusiyada ağır qəzaya düşdü

Faktla bağlı araşdırma aparılır.

Rusiyada KamAZ markalı yük avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub.

Pubika.az xəbər verir ki, hadisə Novorossiyskdə gecə saatlarında baş verib.

Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ağır xəsarət alıb. Onların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qeyd olunur ki, VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəxs çoxsaylı bədən xəsarətləri və kəllə-beyin silkələnməsi travması ilə xəstəxanaya çatdırılıb. Onun sərnişininin (1991-ci il təvəllüdlü) də başından ağır zədə aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm