Biləsuvarda iki piyadanı avtomobil vurdu
Bizi izləyin

Hadisə

Biləsuvarda iki piyadanı avtomobil vurdu

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda yolu keçmək istəyən piyadaları avtomobil vurub.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə yolu keçmək istəyən Astara rayon sakini, 54 yaşlı Fərhad Sabir oğlu Cabbarov və Cəlilabadın Maşlaq kənd sakini, 54 yaşlı Mükafat Qulam oğlu Bədəlovu “Jiquli” avtomobilləri vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm