Mingəçevirdə zəncirvari qəza baş verdi
Bizi izləyin

Hadisə

Mingəçevirdə zəncirvari qəza baş verdi

Prospektdə qısa müddətli avtomobil tıxacı yaranıb.

Axşam saat 21:00 radələrində Mingəçevirdə üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzasa baş verib.

Publika.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "22-BX-369" dövlət qeydiyyat nişanlı "VAZ-2109" markalı maşın "10-BM-282" dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı minik avtomobilinə, "45-BJ-840" dövlət qeydiyyat nişanlı “Ford" markalı yük mikroavtobusu isə idarəetməni itirərək "VAZ-2109"a çırpılıb. Nəticədə sürücü və sərnişinlər ciddi xəsarət almasalar da, avtomobillərə ciddi ziyan dəyib. Prospektdə qısa müddətli avtomobil tıxacı yaranıb.

Məlumat üçün qeyd edək ki, bu, axşam saatlarında eyni prospektdə qeydə alınan ikinci hadisədir. Belə ki, saat 19:00 radələrində "VAZ-2104" markalı "45-BF-616" dövlət qeydiyyat nişanlı maşın Heydər Əliyev prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində "90-XL-470" dövlət qeydiyyat nişanlı "Toyota Prado" ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm