Yardımlıda qəza: 2 avtomobil toqquşdu
Bizi izləyin

Hadisə

Yardımlıda qəza: 2 avtomobil toqquşdu

Faktla bağlı araşdırma aparılır.

Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Masallı-Yardımlı yolunda, Yardımlı şəlaləsinin yaxınlığında baş verib.

“Mercedes” markalı minik avtomobili qarşıdan gələn “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Masallı rayonunun Yeddioymaq kənd sakini, 1988-ci il təvəllüdlü Nemət Meydan oğlu Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Masallı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm