Hadisə
Mingəçevirdə oğul anasını qətlə yetirdi - TƏFƏRRÜAT (YENİLƏNDİ)
Mingəçevir şəhərində baş vermiş ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report” xəbər verir ki, 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmova təqribən axşam saat 20:00 radələrində Şah İsmayıl Xətai küçəsi 10, mənzil 3-də ölü tapılıb.
Hadisə yerinə şəhər Polis şöbəsinin əməkdaşları, təhqiqatçı və kriminalistlər cəlb olunub. Mənzildə araşdırma və təhqiqat işləri aparıldıqdan sonra meyit "təcili tibbi yardım" maşını ilə tibbi ekspertiza laboratoriyasına aparılıb. Mərhumun ailə üzvləri və yaxınlarının mənzilə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Əldə edilən məlumata görə, müəmmalı şəkildə ölü vəziyyətdə aşkar edilən Kəmalə Məhərrəmova uzun müddət əczaçılıqla məşğul olub. Həyat yoldaşı Əlövsət Məhərrəmovu təxminən 5 il öncə itirən qadının 3 oğulu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir. Ümumiyyətlə ailədə elə bir ciddi problemin yaşanmadığı qeyd olunur.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
***
Mingəçevir şəhərində yerli sakin anasını qətlə yetirib.
Publika.az xəbər verir ki, hadisə şəhərin Xətai küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovanın oğlu Nail Məhərrəmov tərəfindən öldürüldüyü ehtimal edilir.
Faktla bağlı araşdırmalar aparılır.
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
-
Nida Xəbər 09:03
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı paylaşım - FOTO
-
Qoroskop08:34
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
-
Nəqliyyat08:22
Bakının bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...