Hadisə
Qəfil gələn ƏCƏL ZƏNGİ - Qusarda bədbəxt hadisə
Qusarın Yeni həyat kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Publika.az xəbər verir ki, 53 yaşlı kənd sakini İman Mehdiyeviç Cəbrayılov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsində təmir işləri aparan zaman yıxılaraq dünyasını dəyişib.
İman Cəbrayılovun yıxılmasına ona gələn telefon zəngi səbəb olub. Mərhum telefonu götürən zaman üzərinə çıxdığı taxta dayaq ayağının altında qaçıb və o, yerə yıxılıb. Onun yanında olan həmkəndlisi, 55 yaşlı Balamət Cavid oğlu Balabəyov isə yüngül xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Balamət Balabəyov polisə ifadəsində günorta nahar fasiləsində İman Cəbrayılovla 1 şüşə spirtli içki qəbul etdiklərini bildirib.
Qusar Rayon Prokurorluğu faktın araşdırılmasına başlayıb. Mərhumun içkili olub-olmaması ekspertizanın rəyindən sonra məlum olacaq. (report)
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA