Sürücü vurduğu piyadanı xəstəxanaya çatdıra bilmədi - Yolda öldü
Bizi izləyin

Hadisə

Sürücü vurduğu piyadanı xəstəxanaya çatdıra bilmədi - Yolda öldü

Lənkəran rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəran rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Seyidzadə Mirnasir Nazim oğlu idarə etdiyi "99-BZ-136" dövlət nömrə nişanlı, "Chevrolet aveo" markalı avtomobillə hərəkətdə olarkən 30-35 yaşlı naməlum piyadanı vurub. Sürücü yaralını öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsa da, yaralı yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm