İmişlidə qəza: bacı və qardaş xəsarət aldı
Bizi izləyin

Hadisə

İmişlidə qəza: bacı və qardaş xəsarət aldı

Faktla bağlı araşdırma aparılır.

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cavadxanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 53 yaşlı Elman Hafiz oğlu Nəcəfov idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun bacısı, 62 yaşlı Fatma Hafiz qızı Əyyubova İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm