Şəkidə it ev sahibini dişlədi
Bizi izləyin

Hadisə

Şəkidə it ev sahibini dişlədi

Şəki sakinini it dişləyib.

Publika.az xəbər verir ki, mayın 28-də axşam saat 21:00 radələrində rayonun Suçma kənd sakini, 1993-cü il təvəllüdlü Günay Fədai qızı Rəsulova it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 24 yaşlı Günay Rəsulova yaşadığı ünvanda ailəsinə məxsus iti bağlamaq istəyən zaman it onun hər iki əlindən dişləyib. G. Rəsulovaya müvafiq tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm