Yüksək dozada narkotik qəbulundan ölən şəxsin meyitini dostları küçəyə atdı
Bizi izləyin

Hadisə

Yüksək dozada narkotik qəbulundan ölən şəxsin meyitini dostları küçəyə atdı

Bakıda yüksək dozada narkotik qəbul edən şəxs ölüb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, mayın 26-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Hümbət Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı onun paytaxt sakini Ceyhun Süleymanovun evində digər iki tanışı ilə birgə yüksək dozada heroin qəbul edərək ölməsi, bundan sonra C.Süleymanovun həmin şəxslərlə birgə cəsədi “Mercedes” markalı avtomobilində Şağan qəsəbəsi ərazisinə gətirib atmaları müəyyən edilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Süleymanov tutulub.

Digər şəxslərin tutulması üçün tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm