"Abort etdir" deyib, hamilə arvadını 29 yerindən bıçaqladı - Qadın öldü, körpə sağ qaldı
Bizi izləyin

Hadisə

"Abort etdir" deyib, hamilə arvadını 29 yerindən bıçaqladı - Qadın öldü, körpə sağ qaldı

Türkiyənin Biləcik bölgəsində dəhşətli hadisə yaşanıb.

Türkiyənin Biləcik bölgəsində dəhşətli hadisə yaşanıb.

Publika.az xəbər verir ki, 35 yaşlı Hüseyn Qartal ondan boşanmaq istəyən 8 aylıq hamilə xanımı Məleykə Qartalı 29 yerindən bıçaqlayıb.

Məlumata görə, H.Qartalın "ailəiçi yolagetməzlik" səbəbindən məhkəmə tərəfindən 3 aya evə girməsinə qadağa qoyulubmuş. Dünən zorla evə girən ər arvadından 8 aylkıq uşağı abort etdirməsini tələb edib. Qadın imtina edib və ayrılıb atası evinə köçmək istədiyini bildirib. Bundan əsəbiləşən ər onu 3 yaşlı qızının gözü önündə bıçaqlayıb.

Daha sonra polisə zəng edib, "Arvadı bıçaqladım" deyib.

Hadisə yerinə gələn həkimlər M.Qartalı xilas etməyə çalışsalar da, bacarmayıblar. Ancaq 8 aylıq körpə qeysəriyyə əməliyyatı ilə xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm