• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Lənkəranda 80 yaşlı kor kişidən DƏHŞƏTLİ CİNAYƏT: arvadını... - TƏFƏRRÜAT (YENİLƏNDİ)

  • Hadisə
  • 19 İyun 2017 10:57
  • 1 367 Baxış
Lənkəranda 80 yaşlı kor kişidən DƏHŞƏTLİ CİNAYƏT: arvadını... - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Lənkəranda 80 yaşlı Xanoğlan Əzizovun 53 yaşlı həyat yoldaşı Almagül İsmayılovanı öldürməsinin təfərrüatı məlum olub.

A.İsmayılovanın qardaşı Təvəkkül İsmayılov Publika.az-a açıqlamasında bacısının həyat yoldaşı tərəfindən öldürüldüyünə inanmadığını deyib:

“80 yaşlı kişi necə adam öldürə bilər? Üstəlik, onun bir gözü görmür, əlləri əsir, özü sərbəst hərəkət edə bilmir. Onun hər işini bacım görürdü, bacım qolundan tutub gəzdirirdi. Bu yaşda, xəstə bir adamın balta ilə bacımı öldürməsinə inanmıram. Burda başqa məsələlər var, onun araşdırılmasını tələb edirik. Hələ ki, araşdırma aparılır, meyiti bizə verməyiblər. Deyilənə görə, balta ilə şah damarından vurub. Mənə də bacımın qonşularından biri zəng vurub xəbər verdi. Öldüyünü yox, vəziyyətinin ağır olduğunu dedilər. Gəldim ki, belə bir hadisə olub. Deyilənə görə, səhər saatlarında bacım yuxudan durub mətbəxə gedəndə yoldaşı da arxasında gəlib, onu mətbəxdə öldürüb”.

T.İsmayılov bacısının evliliyi müddətində həyat yoldaşı ilə heç vaxt problem yaşamadığını deyib: “Yaşlı kişi idi, bacım da onun hər bir qulluğunda dururdu. 16-17 ildir evlidirlər, heç vaxt da bacım ondan şikayət etməyib. Adam yaşlı idi, bacım da yaşı çox olsa da, heç vaxt ailə qurmamışdı. Onlar elçi düşdülər ailənin razılığı ilə verdik. Heç vaxt da şikayəti olmayıb. Özünün uşağı olmasa da, kişinin əvvəlki evliliklərindən uşaqları var idi”.

Gülxar

***

Lənkəranda 80 yaşlı kişi həyat yoldaşını balta ilə qətlə yetirib.

Hadisə Lənkəran şəhərində qeydə alınıb.

Şəhər sakini, 1937-ci il təvəllüdlü Əzizov Xanoğlan ailə münaqişəsi zəmnində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almağülü qətlə yetirib. Dəhşətli qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

A.İsmayılova X.Əzimovun dördüncü arvadı olub. Belə ki, X.Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb. (report)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>